İŞİD çörək növbəsinə dayananları partlatdı (FOTO)
25.06.2015 673 0.0 0

Suriyanın Kobani şəhərində güclü partlayş olub. Məlumata görə, partlayış İŞİD terroçuları tərəfindən törədilib.

Terrorçular səhər saat 06 radələrində bomba ilə dolu yük avtomobilini çörək mağazasının qarşısına sürüblər. Terroçular maşını çörək növbəsində dayanan 60 nəfərin yanında partladıblar.

Partlayış nəticəsində 8 nəfər ölüb, 38 nəfər ağır yaralanıb. Terrorçular əraziya paltarlarını dəyişərək girdikləri bildirilir. 

Yaralıların çoxu təcili yardım maşını ilə Türkiyə sərhəddinə aparılıb. Oradan yaralıları Türkiyədə xəstəxanalara yerləşdiriblər./anspress/

 

 

 


Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər
avatar