İŞİD Bəşər Əsədin şah damarını kəsdi
08.09.2015 1059 0.0 0

Suriya prezidenti Bəşər Əsəd əlində olan son neftlə zəngin ərazini itirib.

Məlumata görə bu barədə Suriya İnsan Haqları Təşkilatı məlumat yayıb.

İŞİD silahlıları ilə döyüşlərdə ağır itkilər verən Suriya ordusu Cezali bölgəsini tərk edib. Ordu terrorçulardan 25 nəfərin öldürüldüyünü açıqlayıb.

Bu İŞİD-in ələ keçiridiyi yeganə neftlə zəngin bölgə ediyil. Suriya və İraq ərazisində yerləşən neft çıxan ərazilərin əsas hissəsi onların əlindədir. Terrorçular yataqlardan çıxarılan nefti qaçaq yollarla sataraq, gəlir əldə edirlər.

3 gün ərzində gedən ağır döyüşlərdən sonra Cezalidə nəzarəti ələ keçirən silahlılar Humus şəhərinə tərəf irəliləyiblər. Suriya İnsan Haqları Təşkilatı həmçinin ABŞ-ın başçılıq etdiyi koalisiyanın Rakka şəhərini bomabadığını bildirib. 

Bundan başqa Fransa prezidenti Fransua Olland bu gündən etibarən ölkəsinə məxsus təyyarələrin Suriyadakı İŞİD hədəfləri bombalamaq üçün kəşfiyyat uçuşları həyata keçirdiklərini açıqlamışdı.

 


Bombalanan Rakka şəhəri

 

ABŞ və müttəfiqləri İŞİD-ə qarşı 62 ölkənin dəstək verdiyi koalisiya yaradıb. Suriya və İraq ərazisində İŞİD mövqeləri aylardır ki, bombalanır. 

Bu yaxınlarda razılaşma əsasında Türkiyənin İncillik hərbi bazası ABŞ qrıcıları üçün açılıb. Birləşmiş Ştatlar hərbi bazadan İŞİD mövqelərini bombalamaq üçün istifadə edir. 

 


İncillik hərbi bazası/anspress/


Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər
avatar