İŞİD 230 nəfəri girov götürdü
07.08.2015 614 0.0 0

İŞİD terror qruplaşmasının yaraqlıları Suriyada 230 nəfəri oğurlayıb. Bu barədə “Reuters” agentliyi Syrian Observatory for Human Rights təşkilatına istinadən məlumat verib.

Terrorçuların Homs vilayətində yerləşən Əl-Kəryateyn şəhərinin sakinlərini əsir götürdükləri bildirilir. 


Əl-Kəryateyn şəhəri

"Syrian Observatory for Human Rights" təşkilatının başçısı Rami Əbdül Rəhmanın sözlərinə görə, yaraqlılar Bəşər Əsəd rejimi ilə əməkdaşlıqda şübhəli bildikləri insanları girov götürüb.

Əl-Karyateyn şəhəri terrorçuların nəzarəti altına bu həftə keçib. Əvvəllər bu şəhərə İŞİD-çilərdən xilas olmaq üçün bir çox insan, o cümlədən ekstremistlər tərəfindən ələ keçirilən Hələb
vilayətinin sakinləri üz tutub.

2014-cü ilin yayında İŞİD terror təşkilatı Suriya və İraqın bir sıra rayonlarını nəzarət altına alaraq orada xilafətin qurulmasını elan edib./anspress/

 


Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər
avatar