İsa peyğəmbər üçün nəzərdə tutulan 10 milyon dollarlıq ev satılır (FOTO)
28.12.2015 527 0.0 0

İsa peyğəmbər üçün nəzərdə tutulan malikanə 10 milyon dollara satışa çıxarılıb.
Malikanə Nyu-Yorkun Bronks şəhərində yerləşir.

Məlumata görə, 17 otaqdan ibarət malikanə 7 yataq otağı, 5 vanna otağı, idman zalı, sauna və iş otağından ibarətdir.
Geri qayıdacağına inanılan İsanın ikinci gəlişi üçün nəzərdə tutulan evin hərraca çıxarılması barədə məlumat bu ilin yazında verilib. 

 


Malikanənin qonaq otağı

Möhtəşəm malikanə 1928-ci ildə Qrisko ailəsi tərəfindən tikilib. Malikanənin sahibəsi isə qonşuluqdakı kiçik evdə yaşayıb. Ev sahibəsinin də daxil olduğu teosofistlər dini cərəyanın üzvləri müntəzəm olaraq evi təmizləyib, onu peyğəmbərin gəlişi üçün hazır vəziyyətdə saxlayıblar.

 


Malikanənin görünüşü

Əvvəllər bu evin dini görüşlər, teosofistlər qrupunun yay iqamətgahı kimi istifadəsi nəzərdə tutulub. Ev sahibəsi Jenevev Qriskonun ölümündən sonra ev 1958-ci ildə satışa çıxarılsa da, ev sahibinin qohumları sonradan bu fikirdən daşınıb./anspress/


Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər
avatar