Tarix: 03.12.2016,   Saat: 19:39, Şənbə.          

İş adamının qatillərinə hökm oxundu - 60 il

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində “Bakı Taxıl Terminalı” MMC-nin baş texnoloqu Qalib Bağırovun qətlində təqsirləndirilən Ehtiram Həsənov, Mübariz Əliyev və Mahnurə Hüseynovanın cinayət işi üzrə məhkəmə prosesi davam etdirilib.

Məlumatına görə, hakim Eynulla Vəliyevin sədrliyi ilə keçirilən prosesdə dövlət ittihamçısı çıxış edərək təqsirləndirilən şəxslərə ümumilikdə 60 il olmaqla hər birinə 20 il həbs cəzası verilməsini istəyib.

 

Müdafiə tərəfinin çıxışından sonra məhkəmədə hökm oxunub. Təqsirləndirilən şəxslərin hər birinə 20 illik həbs cəzası təyin olunub.

 

Qeyd edək ki, bu il yanvarın 8-də “Bakı Taxıl Terminalı” MMC-də baş texnoloq işləyən Qalib Bağırovun üzərində zorakılıq əlamətləri olan meyiti yaşadığı Suraxanı rayonu, Hövsan qəsəbəsi, “Bağlar” yaşayış massivindəki evində aşkarlanıb. Cinayəti törətməkdə şübhəli bilinən Ehtiram Həsənov, Mahnurə Hüseynova və Mübariz Əliyev tutublar.

 

Müəyyən edilib ki, həmin şəxslər Qalib Bağırovun yaşadığı bağ evində çoxsaylı xəsarətlər yetirməklə və iplə boğmaqla onu öldürüblər. Sonra mənzildə olan 300 manat, 30 avro, 10 dollar, 10.000 Belorus rublu, mərhuma məxsus gödəkcə və papağı, mobil telefon və planşeti götürərək hadisə yerindən gediblər./apa/



  Bölmə: Manşet | Baxış sayı: 548 | Tarix: 16.09.2016, 15:01


Xəbərlər