İraqda İŞİD liderlərindən biri öldürülüb
03.07.2016 612 0.0 0

 Iraqın Anbar əyalətində ordu birləşmələrinə komandanlıq edən İsmayıl əl Məhləüi Əl-Xalidiyə rayonunda  İŞİD liderlərindən birinin öldürüldüyünü bildirib.

 

“Gazeta.ru”ya istinadən verdiyi xəbərə görə, bu barədə “Al Sumaria” telekanalı məlumat yayıb.

 

“Ordunun onuncu briqadasının hərbçiləri beynəlxalq koalisiya aviasiyasının köməyi ilə Əl-Xalidiyə rayonunda İŞİD liderlərindən biri olan Əbu Səfh Əl-Libi daxil olmaqla 10 silahlını  məhv etmək mümkün olub.  

 

Əl-Xalidiyə rayonunun terrorçulardan təmizlənməsi istiqamətində əməliyyat davam etdirilir./apa/


Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər
avatar