İranla ABŞ-ı barışdıran lider
06.03.2015 738 0.0 0

İstər Amerika, istərsə nüvə ilə bağlı olsun İranın bütün xarici siyasətlə bağlı qərarlarını ölkənin ali dini lideri Ayətulla Əli Xamneyi qəbul edir. 

Qərbdən olan jurnalistlər də dəfələrlə qeyd ediblər ki, ölkənin keçmiş dini lideri Ruhulla Xomeynidən fərqli olaraq xarizması daha azdır. 

Doğurdan da Ayətulla sanki bir az kölgədə qalıb. O, fotokameraların obyektivinə düşməyi və müsahibələr verməyi sevmir. O, ancaq cümə dualarında və ya hansısa rəsmi mərasimlərdə çıxış edir. Əli Xamneyi ancaq müsəlman liderlərini qəbul edir, qərbdən olan rəhbərlərlə görüşdən qaçır. 

Özünün ictimaiyyət arasına çıxmamasını əlində hakimiyyətin 3 istiqamətinin əlində birləşməsi ilə kompensasiya edir - kəşfiyyat, ordu və polis. Xamneyi həm də bütün İran KİV üçün mütləq liderdir. 

O, 1939-cu ildə Məşhəd şəhərində azərbaycanlı ilahiyyatçı ailəsində doğulub. Qum şəhərində dini məktəbi bitirib. 1960-cı ildə Ruhulla Xomeyninin müxalif hərəkatı sıralarına qoşulub. O vəfat edəndən sonra 1980-cı ildə Xamneyi ali dini lider seçilib. 

Din və siyasətlə bərabər o ədəbiyyat, incəsənəti də çox sevir. Məsələn, o Viktor Hüqonun "Səfillər" romanını əsl ədəbi inci hesab edir. "Bu, bir kitabda verilmiş sosiologiya tarixi, tənqid və insan hisslərinin tarixidir". 

İranla ABŞ-ın münasibətləri son illərdə elə də asan olmayıb. Münasibətlər 1979-cu ildə İran inqilabından sonra qəfil pisləşib. Xatırladaq ki, 2003-cü ildə amerikalılar raketlə Fars körpəzində İranın avialaynerini vurublar. Nəticədə 290 sərnişin ölüb. 

2009-cu ildə ABŞ-ın yenidən seçilən prezidenti Barak Obama Vaşinqtonla İran arasında diplomatik münasibətlərin yeni mərhələsini elan etdi. Onda Xamneyi belə demişdi "baxıb, qərar verərik".

İki ölkə arasında münasibətlərin mülayimləşməsi haqqında Ayətulla 2014-cü ilin yazında Məşhəddə çıxışında da danışdı. O, dövlətarası əlaqələrdən danışanda "biz əleyhinə deyilik", deyə vurğulamışdı. 

Düzdür hələ bu iki dövlətin barışmasından danışmaq çox tezdir. Ancaq artıq Qərbdə anlamağa başlayırlar ki, İranla hesablaşmaq lazımdır. 

İsrailin baş naziri Netanyahunun İranla yaxınlaşmamaq barədə çağırışlarına ABŞ Dövlət katibi Con Kerri İranla yaxınlaşmanın bütün Fars körpəzi ölkələri üçün çox vacib olduğunu deyib. /anspress/


Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər
avatar