İranın XİN rəhbəri Türkiyəyə gəlmədi
11.08.2015 657 0.0 0

İranın xarici işlər naziri Məhəmməd Cavad Zərifin Türkiyəyə planlaşdırılan səfəri təxirə salınıb. 

Məlumata görə, xəbəri avqustun 11-də Türkiyənin Xarici İşlər Nazirliyi yayıb.

Səfərin baş tutmamasının səbəbi barədə ətraflı məlumat verilməyib. 

İranın XİN rəhbəri avqustun 11-də Ankarada iki ölkə arasındakı münasibətlər, regiondakı son vəziyyət, terror təşkilatlarına qarşı mübarizə və qarşılıqlı maraq doğuran məsələləri müzakirə etməli idi.

İran prezidenti Həsən Ruhani ötən həftə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğana zəng edib, Ankaranı 
Suriya və İraqda İŞİD silahlı qruplaşması ilə mübarizədə birgə fəaliyyətə çağırıb, Suriya münaqişəsinin həllində vasitəçilik missiyasını təklif edib.

Məhəmməd Cavab Zərif Türkiyədən sonra Rusiyaya və Livana səfərə getməli idi. Bu səfərlərin gələn həftə baş tutacağı ilə bağlı xəbərlər yayılıb./anspress/


Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər
avatar