İrandan şok iddia: Həccdə ölənlərin sayı 5 minə yaxındır
29.09.2015 663 0.0 0

Cəsədləri daşımaq üçün gələn 21 yük maşını 3 min cəsəd gözləyir 

İranın səlahiyyətli nümayəndələri Həccdə yaşanan faciə ilə bağlı  şok iddialar irəli sürüb.
 
Türkiyə mətbuatına istinadən verilən məlumata görə, İranın Həcc ziyarəti təşkilatının rəhbəri Said Ehvedi Mina dağında ölənlərin sayının təxminən 4 min 700 olduğunu iddia edib.
 
Onun sözlərinə görə, cəsədləri daşımaq üçün gələn 21 yük maşını hələ 3 min cəsəd gözləyir. Faciədə ölən iranlı zəvvarların sayı isə 228 ə qalxıb. Daha 248 iranlı zəvvarın aqibəti ilə bağlı heç bir məlumat yoxdur./lent.az/


Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər
avatar