İrandan Rusiyaya atom axını (FOTO)
20.12.2015 623 0.0 0

İran zənginləşdirilmiş uran ehtiyyatlarını Rusiyaya ixrac edəcək.

Məlumata görə, Qərb ölkələri ilə imzalanan nüvə razılaşması səbəbiylə İran uran ehtiyatlarlını 300 kilqrama endirmək məcburiyyətindədir. 9 ton zənginləşdirilmiş uranın yaxın günlərdə Rusiyaya ixrac ediləcəyi gözlənilir. Tehran razılaşmaya əsasən uranın zənginləşdirilməsində istifadə ediləcək uran ehtiyatını 2/3 nisbətinə endirməlidir.

İran ilə qərb dövlətləri arasında nüvə razılaşması bu ilin iyul ayında Avstriyanın Vyana şəhərində baş tutub. Əldə olunan anlaşmaya əsasən İranın yerinə yetirməli üç əsas öhdəliyi var. Bunlara Natanzdakı obyektdə sentrifuqların sayını azaltmaq, Ərak obyektində bəzi işlər aparmaq və nüvə yanacağı mübadiləsi daxildir.

Anlaşma bundan əvvəl “qara siyahı”ya daxil olan İran vətəndaşları və təşkilatlarının maliyyə əməliyyatlarına bütün məhdudiyyətlər aradan qaldırmağa, neft-qaz, neft məhsulları, o cümlədən onların hasilatı və emalı üçün texnologiya və qurğuların ticarətinə qadağa götürməyə, İranın bu sektorlarına Qərb investisiyalarının yatırılmasına icazə verdi. Bundan başqa, qızıl və qiymətli metallar ticarəti ilə bağlı bütün məhdudiyyətlərin ləğv edilməsi də nəzərdə tutulub.

Anlaşmaya əsasən Avropa Birliyi bank əməliyyatlarına və öz ərazisində İran banklarının filiallarının açılışına icazə verdi./anspress/

 


Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər
avatar