İrandan nikbin «nüvə» açıqlaması
28.05.2015 689 0.0 0

İranın xarici işlər naziri Məhəməd Cavad Zərif Tehranla "altılıq" ölkələrinin yekun nüvə sazişi imzalayacaqlarına ümidlə yanaşdığını bildirib.

Məlumata görə, Məhəməd Cavad Zərif Afinada verdiyi açıqlamada deyib ki, əgər digər tərəf qarşılıqlı hörmət əsasında razılığa gəlməyə səy göstərsə və buna hazır olsa onda istənilən vaxt bizi qane edə bilər.

İranla danışıqlarda ABŞ, Rusiya, Fransa, Böyük Britaniya, Çin və Almaniya iştirak edir.

Tərəflər aprelin 2-də İsveçrədə çərçivə sazişi imzalayıb, iyunun sonunda isə yekun sənəd imzalamaq razılığına gəliblər.

Söhbət İranın uran zənginləşdirilməsi üzərində işi dayandırması və əvəzində ona qarşı beynəlxalq sanksiyaların ləğvindən gedir./anspress/


Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər
avatar