İrandan müalicədən gələn azərbaycanlı sərhəddə öldü
07.03.2015 784 0.0 0

Müalicə məqsədilə İrana gedən Azərbaycan vətəndaşı geri qayıdan zaman sərhəddə dünyasını dəyişib.

Məlumata görə, bu gün səhər saatlarında Biləsuvar sərhəd buraxılış məntəqəsində ölüm hadisəsi baş verib. Qarşı tərəfdən sərhədi keçən 56 yaşlı Göranboy rayon sakini Əhmədov Fərhad Oruc oğlunun qəfildən səhhəti pisləşib. O sərhəd buraxılış məntəqəsinin Azərbaycan tərəfində dünyasını dəyişib. 

Məlumata görə, Fərhad Əhmədov İrandan müalicədən qayıdırmış. Mərhumun meyiti təcili tibbi yardım avtomobili ilə Məhkəmə tibbi ekspertiza və pataloji anatomiya birliyinin Biləsuvar rayon Şöbəsinə aparılıb. Şöbənin rəisi Əli Əliyevin verdiyi məlumata görə, ekpertizanın ilkin rəyinə görə Fərhad Əhmədov infaktdan dünyasını dəyişib./anspress/


Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər
avatar