İranda Messinin oxşarı saxlanılıb
09.05.2017 876 0.0 0

İran polisi “Barselona” klubunun argentinalı hücumçusu Lionel Messinin oxşarı kimi tanınan Rza Parasteşi saxlayıb.

 

BBC-yə istinadən verilən xəbərə görə, hadisə Həmədan şəhərində qeydə alınıb.

 

25 yaşlı tələbə ilə şəkil çəkdirmək istəyənlərin sayı olduqca çox olduğundan, polis bunu ictimai asayişin pozulması kimi qiymətləndirib. Polis Messinin oxşarını avtomobili ilə birgə şöbəyə gətirib.  

 

Rza Parasteşi bir neçə ay bundan əvvəl “Barselona” formasındakı şəkilini İnternetdə yerləşdirdikdən sonra dünyada məşhurlaşıb./apa/

 

 


Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər
avatar