İran yeni silahlar nümayiş etdirib
18.04.2015 839 0.0 0

İran silahlı qüvvələri Milli Ordu Gününə həsr olunmuş hərbi parad keçirib. Paradda yeni hərbi təchizat nümayiş etdirib. Paytaxt Tehranda "Fakur" adlı yeni informasiya toplama və emal etmə sistemi, "Rəsul" rabitə sistemi, "Bavar" raketi, eləcə də "Şəhrivar" radiolokasiya sistemi nümayiş olunub.

Associated Press-in yaydığı  məlumata görə, İmam Xomeyni Mavzoleyinin yanında keçirilən marşda İran Hərbi-Hava Qüvvələrinin, havadan müdafiə qüvvələrinin, quru qoşunlarının, eləcə də Hərbi-Dəniz Qüvvələrinin hərbçiləri iştirak ediblər. F-4, F-5, MiQ-29, F-14 qırıcıları, qırıcı-bombardman təyyarəsi və helikopterlər də havaya qalxıb. 

Paradda İran prezidenti Həsən Ruhani və ölkənin hərbi rəhbərliyi iştirak edib. Ruhani çıxışında İran ordusunun regionda sülhü qorumaq məqsədi daşıdığını deyib.

"İranın hərbi doktrinası hücum xarakteri daşımır, sırf müdafiə xarakteri daşıyır. İran İslam Respublikasının strategiyası ölkədə və regionda sülh və sabitliyin bərqərar edilməsi və qorunub saxlanması məqsədinə əsaslanır. İran hərbçiləri də İran diplomatlarının güddüyü məqsədləri güdür - sülh və təhlükəsizliyin təmin olunması, qanuni hakimiyyətin qorunması, milli maraq və hüquqların müdafiəsi" - Ruhani çıxışında belə deyib.

Paytaxtla yanaşı, İranın bir sıra digər şəhərlərində də Milli Ordu Günü münasibətilə hərbi paradlar keçirilib. /anspress/


Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər
avatar