İran XİN: İraqda 40-dək iranlı zəvvar ölüb
25.11.2016 705 0.0 0

“İraqda baş verən terror aktı nəticəsində ölənlər arasında ən azı 40 iranlı zəvvar var”. 
 
Məlumata görə, bunu İran xarici işlər nazirinin konsulluq məsələləri üzrə müavini Həsən Qəşqavi deyib.  
     
O bildirib ki, hadisə nəticəsində həmçinin 20 iranlı zəvvar yaralanıb.
     
Xatırladaq ki, cümə axşamı günün ikinci yarısı İraqın Babil əyalətinin Hillə şəhərində yanacaqdoldurma məntəqəsində partlayış baş verib. Partlayış zamanı Kərbəla ziyarətindən geri qayıdan zəvvarlar həlak olub.  
 
İranın Təcili Tibi Yardım Stansiyasının rəhbəri, Ərbəin Qərargahının Səhiyyə və Müalicə Komitəsinin sədri Pirhüseyn Kulivənd isə deyib ki, İraqda baş verən terror aktında ölənlərin sayının 100 nəfərdən çox olacağı ehtimal edilir: “Ola bilsin ki, həlak olan iranlı zəvvarların sayı 60 nəfərdən də çox olsun. Cəsədlərin çoxu yanıb, bu üzdən onların kimliyinin müəyyənləşdirmək çətinləşir”.
 
O əlavə edib ki, hazırda ölən və yaralanan zəvvarların kimliyinin dəqiqləşdirilməsi prosesi davam edir: “Hadisə zamanı İrandan İraqa getmiş 30-dək zəvvar yaralanıb. Onlardan 24 nəfər İranda yaşayan Əfqanıstan vətəndaşıdır”.
 
İranın Qırmızı Aypara Cəmiyyətinin təcili yardım avtobusları, habelə iki təcili yardım vertolyotu İran-İraq sərhədində yaralılara xidmət göstərmək məqsədi ilə hazırlıq vəziyyətinə gətirilib.     
 
İranın Həcc və Ziyarət Təşkilatı isə bəyan edib ki, müvafiq qurumlar təhlükəsizlik təminatına dair zəmanət verənədək iranlı zəvvarlar Samirra şəhərinə göndərilməyəcək. 
 
İran Xarici İşlər Nazirliyinin sözçüsü Bəhram Qasimi isə bəyanat yayaraq baş vermiş terror aktını pisləyib./apa/


Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər
avatar