İRAN QARABAĞ BƏYANAT VERDİ
12.02.2015 1148 0.0 0

İranın və Azərbaycanın əməkdaşlığı Qarabağ munaqişəsinin ədalətli həlli yolunda önəmli təsiri olacaq. 

ANS PRESS-in məlumatına görə, İranın Azərbaycandakı səfiri Möhsün Pakayin bunu Trend-ə bildirib.

O deyib ki, rəsmi Tehranla Bakı arasında əməkdaşlığın möhkəmlənməsi regional münaqişələrin həlli üçün zəmin yaradacaq. İran Qarabağ munaqişəsinin ədalətli və sülh yolu ilə həlli istiqamətində prinsipial siyasətini davam etdirir. İki dost ölkə arasındakı əlaqələrin güclənməsi regionda sülhün, ədalətin, sabitliyin və inkişafin yaranmasına səbəb olacaq.

M.Pakayin Azərbaycanın rabitə və yüksək texnologiyalar naziri Əli Abbasovun bu il fevralın 22-24-də Tərəfsiz Dövlətlər Hərəkatı iclasında iştirak etmək üçün Tehrana səfər edəcəyini və bu səfərdə İran rəsmiləri ilə ikitərəfli görüşlər keçirəcəyini, bu səfərin iki ölkə arasında munasibətlərin daha da güclənməsinə yol açacağına ümidvar olduğunu söyləyib.

Səfir İran və Azərbaycanın ticarət munasibətlərinin keçən illərlə muqayisədə artdığını vurğulayıb.


Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər
avatar