İran neft hasilatını məhdudlaşdırmayacaq
28.09.2016 521 0.0 0

İran neft hasilatını məhdudlaşdırmayacaq, əksinə, hasilat həcmini sutkada 4 mln. barelədək artırmaq niyyətindədir.

 

“TASS”a istinadən verilən xəbərə görə, bu barədə Əlcəzairdə keçirilən beynəlxalq enerji forumunda İranın neft naziri Bijan Namdar Zanqane bildirib.    

 

“Biz OPEK-in məşvərət görüşündə saziş imzalamağa can atmırıq. İran neft hasilatını məhdudlaşdırmayacaq və hasilat həcmini sutkada 4 mln. barelədək artırmaq niyyətindədir”, - deyə nazir qeyd edib.

 

O qeyd edib ki, İran OPEK-də əvvəlki payını –  üzv ölkələrin hasil etdiyi neftin ümumi həcminin  13 faizini qaytarmalıdır: “Bunun üçün İran sutkada 4,4 mln. barel neft hasil etməlidir”

 

Bijan Namdar Zanqane neft hasilatının kvotalaşdırılmasında  əvvəlki sistemin – hər ölkə üçün müəyyən limitin təyin edilməsi  (hazırda  bütün təşkilat üçün ümumi hədd müəyyənləşdirilir -red.) sisteminin bərpa olunmasının vacibliyini qeyd edib.  

 

Qeyd edək ki, İran iyun-iyul aylarında sutkada 3,8 mln. barel neft hasil edib./apa/


Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər
avatar