İran hərbi obyektlərin qapısını açır
25.05.2015 626 0.0 0

İran öz hərbi obyektlərinə BMT təftişçilərini buraxmağa hazırdır.

Məlumata görə, bunu ölkənin xarici işlər nazirinin müavini Abbas Arakçi bildirib.

O, yerli televiziyaya müsahibəsində deyib ki, ancaq beynəlxalq ictimaiyyətdə şübhəyə səbəb olan obyektlərə giriş hüququ veriləcək.

Onun sözlərinə görə, bu addım İran nüvə proqramı ilə əlaqədar ABŞ və dünyanın başqa ölkələri ilə razılaşmanın tərkib hissəsidir. Bura Böyük Britaniya və Rusiya da daxil olmalıdır. Bu formatda məsləhətləşmələr çərşənbə axşamı yenilənməlidir və iyunun 30-da başa çatmalıdır.

Xatırladaq ki, dini lder Ayətullah Əli Xamenei bir müddət əvvəl İranın heç bir halda xarici ekspertlərə öz hərbi obyektlərində yoxlamalar keçirməyə icazə verməyəcəyini söyləmişdir./anspress/


Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər
avatar