İran hərbçiləri sərhəddə Türkiyə vətəndaşını öldürüb
27.07.2017 481 0.0 0

 Türkiyənin Hakkari əyalətinin Yüksəkova rayonunda İran tərəfdən açılan atəş nəticəsində 24 yaşlı gənc ölüb.

Haber7-yə istinadən xəbər verilir ki, ölən gənc Kamuran Fırat adlı Türkiyə vətəndaşıdır.

İnformasiyaya əsasən, o, Türkiyə-İran sərhədini pozmasa da, İran tərəfindən açılan atəş nəticəsində ölüb.

Kamuran Fırat Yüksəkovanın Ağaçlı kəndində dəfn ediləcək./Report/


Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər
avatar