İrəvanın böyük müharibə mesajı
10.04.2015 909 0.0 0

“Əgər Ermənistan Azərbaycana “gözə gözə, dişə diş” prinsipi ilə cavab versə, ertəsi gün geniş miqyaslı müharibə başlayar ki, yüzlərlə insan qurban gedər”. 

Məlumata görə, bu sözləri Ermənistan Müdafiə Nazirliyinin mətbuat katibi Artsrun Ovannisyan bildirib. 

Erməni jurnalistlər Ermənistan ordusunun niyə Azərbaycan ordusuna cavab verə bilmədiyi barədə suallar veriblər. Onlar ölənlərdən başqa Ermənistan ordusunun əsgərlərinin çox sayda əsgərinin şikəst olmasını da bildiriblər. 

Söhbət zamanı Helsinki Vətəndaş Assambleyasının sülh məramlı proqramlarının koordinatoru Armine Sadikyan bildirib ki, Ermənistan ordusunda baş verənlərin hamısını Azərbaycanın üzərinə yıxmaq olmaz. Onun sözlərinə görə, 2010-2014-cü illlərdə Ermənistan ordusunda ölümlərin yalnız 25%-i atəşkəs rejiminin pozulması nəticəsində olub. Qalan 85% isə daxili problemlərlə - “dedovşina”, xəstəlik və s. ilə bağlı olub. 

Amma 2014-cü ilin avqust ayında vəziyyət dəyişir və ölümlərin 50%-i qarşı tərəfindən gülləsi ilə bağlıdır. /anspress/


Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər
avatar