İrəvanda atışma davam edir- gərginlik artır
31.07.2016 765 0.0 0

“Yeni Ermənistan” İctimai Xilas Fondunun silahlı üzvlərinin zəbt etdiyi Ermənistan Polisinin Patrul-mühafizə polkunun Erebuni rayonunda yerləşən binasında atışma davam edir.
 
Məlumata görə, Ermənistan hüquq-mühafizə orqanlarındakı mənbə “İnterfaks” agentliyinin əməkdaşına bildirib ki, gecədən indiyə qədər polkun binasında olan silahlı qrupun 2 üzvü polisə təslim olub.
 
İki silahlı isə yaralanıb və xəstəxanaya yerləşdirilib.
 
Hələ rəsmi açıqlama verilməsə də, böyük ehtimalla Ermənistanın güc strukturları zəbt edilən polis binasında əməliyyat aparır. /apa/


***
 
saat 14.05
 
 “Yeni Ermənistan” İctimai Xilas Fondunun silahlı üzvlərinin zəbt etdiyi Ermənistan Polisinin Patrul-mühafizə polkunun Erebuni rayonunda yerləşən binasında atəş səsləri eşidilir.
 
APA-nın “RİA Novosti” agentliyinə istinadən verdiyi məlumata görə, baş verən olayla bağlı hələ rəsmi informasiya yoxdur.
 
Hadisə yerində olan “RİA Novosti” əməkdaşı bildirib ki, hazırda polis binasına gedən yolu əhatəyə alan polislər arasında hər hansı fəallıq müşahidə olunmur.
 
Qeyd edək ki, silahlı qrup Ermənistan Polisinin Patrul-mühafizə polkunun Erebuni rayonunda yerləşən binasını iyulun 17-dən zəbt edib. İndiyə qədər atışma nəticəsində 2 polis əməkdaşı öldürülüb. Onlar Ermənistan prezidenti Serj Sərkisyanın istefa verməsini, həbsdə olan təşkilatın lideri və “Təsis parlamenti”nin  sədri Jirayr Sefilyanın azadlığa buraxılmasını tələb edirlər. Bu gün silahlılar bir neçə gün girov saxladıqları həkim briqadasını da azadlığa buraxıblar. 


Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər
avatar