İrəvanda aksiya iştirakçıları hökumətə ultimatum verib
26.07.2016 446 0.0 0

Yerevanda polis alayının binasını zəbt edən silahlılara dəstək aksiyası sona çatıb.

 

“news.am”-a istinadən verilən xəbərə görə,  müxalif “Təsis Parlamenti” təşkilatının  nümayəndəsi Alek Yenigomşyan bəyan edib ki, xalq hökumətə səhər saat 09:00-dək vaxt verir.

 

“Biz unutmuruq ki, bu hərəkat mühüm dəyişikliklər naminə başlayıb. Əsas məqsədimiz – hakim rejimin istefasıdır”, deyə Alek Eniqomşyan bildirib.

 

İyulun 25-də İrəvanda silahlıların ələ keçirdiyi polis şöbəsi yaxınlığında müxalifətin növbəti mitinqi keçirilib. Nümayişçilər silahlı qrupu qida, rabitə, tibbi xidmətlə təmin edilməsini, eləcə də zəbt edilən binada elektrik enerjisinin bərpasını tələb edirlər./apa/


Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər
avatar