İpoteka Fondu hesabına verilən ipoteka kreditlərinin sayı açıqlanıb
01.02.2016 554 0.0 0

Azərbaycan İpoteka Fondu (AİF) hesabına bankların verdiyi ipoteka kreditlərinin sayı açıqlanıb.

 

Məlumata görə, bu barədə məlumat fondun saytında yerləşdirilib. 

 

Məlumata əsasən, ipoteka kreditləşməsi başlanandan indiyədək Azərbaycanda 30 bank AİF-in vəsaitləri hesabına ipoteka krediti verib. Siyahıya nəzər salanda məlum olur ki, 2006-cı ildən 2016-cı il yanvarın 1-nə qədər AİF-in hesabına verilən ipoteka kreditlərinin sayına görə “AGBank” liderdir. Hesabat dövründə bu bank 1432 ipoteka krediti verib. Verilmiş ipoteka kreditlərinin sayına görə ilk beşliyi "Xalq Bank" (1262 kredit), "Dəmirbank" (1253 kredit), "Bank Standard" (1184 kredit) və “Muğanbank” (1101)  tamamlayır.

 

“Yapı Kredi Bank”(49), “Əmrahbank” (47), “Azər-Türk Bank” (25 kredit), "Azərbaycan Sənaye Bankı" (12) və “Rabitəbank” (8) AİF xətti ilə ən az ipoteka krediti verən banklardan sayılır./apa/

 

 


Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər
avatar