İORDANİYA İŞİD-Ə CAVAB VERDİ, SACİDƏ VƏ DİGƏR GİROV EDAM OLUNDU
04.02.2015 794 0.0 0

Qazeta.info Asoseyted Press agentliyinə istinadən bildirir ki, İŞİD hərbçilərinin əsir götürdükləri İordaniyalı pilotu yandıraraq öldürdüyünü göstərən online videodan cəmi bir neçə saat sonra, Çərşənbə günü səhər tezdən Iordaniya iki Əl-Qaidə əsirini edam edib. 
Bildirək ki, ABŞ koalisiyasının hərbçiləri hədəf alan hava hücumlarında iştirak etdiyi zaman əsir götürülən 26 yaşlı leytenant Muat Əl-Kaseasbehin dəhşətli ölümü İordaniyada üsyanlara və İŞİD-ə qarşı nümayişlərə səbəb olub.

Xüsusən də ölkədə dərc olunan qəzetlər  yazdıqları yazının sərlövhələri dünya mediasının gündəminə düşüb.

Belə ki, Bu gün bütün qəzetlərndə başlıqlar xəbərdarlıq edirdi ki, İordaniya onun ölümünə görə “qisas alacaq”,

Xatırladaq ki,hadisələrin belə cərəyan etməsindən dolayı ABŞ-da səfərdə olan  II Kral Abdulla Vaşinqtondan tələm-tələsik öz krallığına geri dönüb.
İŞİD-ə ilkin cavab olaraq, İordaniya əl-Qaidəyə bağlı iki İraq vətəndaşını, Sacidə əl-Rişavi v Ziad əl-Karbulunu edam edib. Hökumət nümayəndəsi Məhəmməd əl-Momani və digər bir hökümət rəsmisi açıqlamasıda  onları asaraq edam olunduğu bildirilib.


Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər
avatar