İNQİLAB BAYRAMINDA RUHANİ SƏRT AÇIQLAMALR VERDİ
11.02.2015 1125 0.0 0

Bu gün İran İslam İnqilabının 36 -cı il dönümüdür.İranda geniş bayram tədbirləri ilə keçirilən bu gün ayrı ayrı bölgələrdə də təşkil olunub.

 

Qazeta.info Türkiyə mediasına istinadla bildirir ki, Tədbir mərasimlərində, hər il olduğu kimi bu il də "Amerikaya ölüm" və "İsrailə ölüm" şüarları səslənib. Paytaxt TehranınAzadi Meydanında təşkil olunan  mərasimdə iştirak edən yüz minlərlə iranlıya səslənən İran prezidenti Həsən Ruhani "Biz müstəqilliyimizi asan qazanmadıq və onu asanca itirməyə niyyətimiz yoxdur. Müstəqillik bizim üçün öz ayaqlarımız üzərində dayanmaq və xalqın iradəsini əks etdirməkdi. Heç bir gücün İran xalqının iradəsinə təsir etməsinə icazə vermərik " deyə bildirib.


BMT Təhlükəsizlik Şurasının daimi üzvləri ABŞ, Rusiya, Çin, İngiltərə və Fransa ilə Almaniyanın meydana gətirdiyi 5 + 1 qrupu və İran arasında aparılan nüvə müzakirələrə toxunan Ruhani, "Bu gün yalnız İran xalqına düşmənçilik bəsləyənlər, nüvə razılaşmanın təmin olunmasına qarşı çıxırlar. Yəni Sionistlər ... Amma artıq bütün dünya Sionistlərin gerçək üzünü gördü "deyə bildirib.
Ruhani, ABŞ və Qərb tərəfindən tətbiq olunan iqtisadi sanksiyaların ölkəsini müzakirəyə məcbur etməsi istiqamətindəki açıqlamalara münasibət bildirərək  "İranı müzakirə masasına sanksiyaların gətirdiyini iddia edənlər yalan söyləyir. İranı müzakirə masasına gətirən sanksiyalar deyil məntiqdir. Əgər İranı müzakirə masasına sanksiyaların gətirdiyinə inanırsınızsa o zaman sanksiyalara davam edin. Madam sanksiyalar nəticə verirdi o zaman sizi müzakirə masasına gətirdən nə idi? Niyə sanksiyaların qaldırılması üçün müzakirə edirsiniz o zaman? Yalan söyləməyi buraxın artıq. Xalqlarınıza qarşı dürüst olun və İran qarşısında razılaşmadan başqa yolunuz olmadığını etiraf edin " deyə açıq mesajlar verib.
Yaxın Şərqdə İran olmadan sülh və sabitliyin təmin olunmayacağını və "terrorun" kökünün kəsilməsininmümkün olmayacağını bildirən Ruhani, "Terrorist qruplarla mübarizədə İraq, Suriya, Livan və Yəmən xalqına kömək edən güc İran İslam Respublikasıdır" deyə bəyan edib.

 

Bundan başqa "Əgər İrana qarşı sanksiya tətbiq etməyə davam etsəniz birliyinizin dağılacağının, aranızda parçalanmalr yaşanacağının fərqindəsiniz" deyən Ruhani, 

Dinləyicilərdən keçən il ki inqilab günü verdiyi açıqlamaları xatırlamalarını istəyən prezident Ruhani, belə davam edib;
  "Keçən il yenə burada inqilab il dönümü mərasimində sizə gələcək ilə qədər iqtisadi böhranı durduracağımız üçün söz vermişdim. Bu gün burada qürurla ilin ilk altı ayında yüzdə 25 faiz irəliləyiş olacağını  elan edirəm. Bu ilin ilk altı ayında sənayedə yüzdə 6.5, mədəndə yüzdə 10.5 və ticarətdə yüzdə 5.4 inkişaf oldu. Keçən il  34.3 faiz olan qeyri-neft ixracatımız bu il 42.6 faizə yüksəldi. Gündəlik neft istehsalımız 2.7 milyon hasilatdan 2.9 milyon barrelə yüksəldi.  35 faiz olan inflyasiya il sonuna qədər  25 faizdən aşağı düşəcəyini söyləmişdim. Çox şükür bu hədəfə çatmaqla qalmadıq gün inflyasiyası  17-faizdəm aşağı endirməyə nail olduq. " deyə qeyd edən Ruhani çxışını, 1979-cu ildə  İslam İnqilabının şüarı olan "İstiqlal, azadlıq, İslami Respublika" sözləri ilə tamamlayıb.

 


Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər
avatar