İlin sonunadək 'ASAN qatar' sistemi tətbiq olunacaq
21.10.2016 505 0.0 0

Azərbaycanda yaxın vaxtda "ASAN qatar" sisteminin tətbiqinə başlanacaq. Məlumata görə, bunu "Azərbaycan Dəmir Yolları" QSC-nin sədri Cavid Qurbanov "Caspian Energy" jurnalına müsahibəsində deyib.


Onun sözlərinə görə, yeni sistemin ilin sonunadək tətbiqi nəzərdə tutulub: "Bu məqsədlə hazırda Bakı vaqon deposunda 3 xüsusi qatar hazırlanır ki, proses ilin sonunadək başa çatacaq. Qatarlar ardıcıl olaraq şimal, cənub, şimal-qərb, qərb və cənub-qərb istiqamətində hərəkət edərək əhaliyə xidmət göstərəcək. İlkin mərhələdə qatarlar 3 vaqondan ibarət olacaq. Vaqonlar bütün zəruri avadanlıqlarla təmin olacaq. Bununla yanaşı, "ASAN xidmət"in əməkdaşlarının fəaliyyəti üçün bütün lazımi şərait yaradılacaq"./apa/


Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər
avatar