İlham Namiq Kamal Opera və Balet Teatrında çıxış edəcək
09.03.2017 859 0.0 0

Martın 15-də Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrında Üzeyir Hacıbəylinin “Arşın mal alan” tamaşası nümayiş olunacaq.

Teatrın mətbuat xidmətindən verilən məlumata görə, tamaşada Soltan bəy rolunda ilk dəfə xalq artisti İlham Namiq Kamal çıxış edəcək. Tamaşada digər rollarda xalq artistləri Fidan Hacıyeva (Asya), Gülyaz Məmmədova (Telli), əməkdar artistlər İnarə Babayeva (Gülçöhrə), Fərid Əliyev (Əsgər), Gülüstan Əliyeva (Xala), Ələkbər Əliyev (Vəli), aparıcı solist Tural Ağasıyev (Süleyman) çıxış edəcəklər.

Tamaşanı Əyyub Quliyev idarə edəcək. 

Qeyd edək ki, xalq artisti İlham Namiq Kamal Dövlət Musiqi Teatrının aktyorudur. /apa/


Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər
avatar