İlham Əliyevin çıxışı Türkiyə mediasının gündəmində
08.10.2016 2405 0.0 0

Prezident İlham Əliyevin 2016-cı ilin 9 ayının yekunlarına dair Nazirlər Kabinetinin dünən keçirilən iclasında çıxışı Türkiyə mediasına maraqla qarşılanıb.

Məlumata görə, Türkiyə mediası Azərbaycan prezidentinin “müsəlmanlara “dur” deyənlərəmi inteqrasiya olmalıyıq? Müsəlman miqrantlara iki standart tətbiq edənlərimi inteqrasiya olmalıyıq? Müsəlmanları qəfəsdə tutanlarmı inteqrasiya olmalıyıq?” sözlərinə geniş yer verib.

Azərbaycan liderinin Yaxın Şərqdə baş verənlər, miqrant problemi və Avropada radikal siyasi partiyaların güclənməsi haqqında fikirlərinə yer verən Türkiyə mediası bu xəbəri “Qardaş da qaşını qaldırdı: sərt sözlər” manşetləri ilə veriblər./publika.az/


Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər
avatar