İlham Əliyevdən yeni təyinat
17.01.2018 1093 0.0 0

Prezident Administrasiyasının Millətlərarası münasibətlər, multikulturalizm və dini məsələlər şöbəsinin müdiri təyin edilib.

Məlumata görə, Azərbaycan prezidenti İlham Əliyev bununla bağlı müvafiq sərəncam imzalayıb.

Sərəncama əsasən, millətlərarası münasibətlər, multikulturalizm və dini məsələlər şöbəsinin müdiri Etibar Nəcəfov təyin edilib.

Qeyd edək ki, əslən gəncəli olan E. Nəcəfov fəlsəfə elmləri doktoru, professordur.

Bakı Slavyan Universitetində “Avropaşünaslıq” kafedrasının professoru və Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasında “Fəlsəfə və Sosial Psixologiya” kafedrasının müdiri vəzifəsində işləyib. 70-dan artıq elmi məqalənin, 4 monoqrafiyanın və 1 dərsliyin müəllifidir./Oxu.az/

 

 

 


Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər
avatar