İlham Əliyev və Nikol Paşinyan razılığa gəldilər
20.11.2021 346 0.0 0

Azərbaycan prezidenti İlham Əliyev və Ermənistanın baş naziri Nikol Paşinyan Avropa İttifaqı Şurasının rəhbəri Şarl Mişellə telefon danışıqlarının nəticəsi olaraq dekabrın 15-də Brüsseldə görüşmək barədə razılığa gəliblər.


Qazeta.info xarici mətubatın məlumatına əsasən bildirir ki, Cənab Mişel, Əliyev və Paşinyanı dekabrın 15-də AB Şurası "Şərq Tərəfdaşlığı"sammiti çərçivəsində görüşə dəvət edib.

Məlumatda daha sonra bildirilir ki,  Azərbaycan prezidenti İlham Əliyev və Ermənistanın baş naziri Nikol Paşinyan Qarabağ ətrafında baş verən hadisələrin qarşısını almaq üçün müdafiə nazirləri səviyyəsində birbaşa təmas xəttinin qurulması barədə razılığa gəliblər.

Bildirək ki, tərəflər arasında görüşün təşkil olunmasına, noyabrın 16-da Azərbaycan və Ermənistanın arasında baş verən gərginlikdən sonra ehtiyyac yaranıb.


Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər
avatar