İlham Əliyev Salyan rayonuna səfərə gəlib
03.09.2016 1277 0.0 0

Qazeta.info xəbər verir ki, Prezident İlham Əliyev Biləsuvar rayonuna səfərini başa çatdıraraq Salyan rayonuna gəlib.

Dövlət başçısı əvvəlcə Salyan şəhərinin mərkəzində ulu öndər Heydər Əliyevin abidəsini ziyarət edərək önünə gül dəstəsi qoyub.

Salyan Rayon İcra Hakimiyyətinin başçısı Sevindik Hətəmov abidənin ətrafında və rayonda görülmüş işlər barədə Prezident İlham Əliyevə məlumat verib.

 

 

 

Bildirək ki, Salyan şəhərinə Şirvan-Muğan magistral su kəmərindən çəkilmiş yeni içməli su xəttinin açılışı olub.

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev mərasimdə iştirak edib. Dövlət başçısı burada rayon ictimaiyyətinin nümayəndələri ilə görüşüb. Azərbaycan Prezidenti su xəttini işə saldıqdan sonra  xatirə şəkli çəkdirib.

 

 

 

Daha sonra Prezident İlham Əliyev Salyan rayonuna səfəri çərçivəsində Tarix-Diyarşünaslıq Muzeyinin açılışında iştirak edib.

Dövlət başçısı rəmzi açılışı bildirən lenti kəsdi və muzeydə yaradılmış şəraitlə tanış olub.

 

 

 

Qazeta.info xəbər verir ki, Prezident İlham Əliyev Yeni Azərbaycan Partiyası Salyan rayon təşkilatının yeni inzibati binasının açılışında iştirak edib.

Dövlət başçısı binanın rəmzi açılışını bildirən lenti kəsib və burada yaradılan şəraitlə tanış olub.

 

 

 

Salyanın “Babazənan” yaşayış massivini şəhərin mərkəzi ilə birləşdirən, Kür çayı üzərində uzunluğu 201 metr, eni 14,5 metr olan yeni körpü istifadəyə verilib.

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev körpünün açılış mərasimində iştirak edib.

Dövlət başçısına körpünün texniki göstəriciləri barədə məlumat verilib. Azərbaycan Prezidenti körpünün rəmzi açılışını bildirən lenti kəsib.

 

 

 

 

Prezident İlham Əliyev Salyan rayonuna səfəri çərçivəsində Ələt-Astara-İran İslam Respublikası ilə dövlət sərhədi avtomobil yolunun bu rayonun ərazisindən keçən 21,4 kilometrlik (31-ci kilometrdən 54,4 kilometrədək) hissəsinin açılışında iştirak edib.

Dövlətimizin başçısına yolun texniki göstəriciləri barədə məlumat verilib.

Prezident İlham Əliyev yolun rəmzi açılışını bildirən lenti kəsib.

 

 

 

 

Daha sonra, Prezident İlham Əliyev sentyabrın 3-də Salyanda pambıq sahələrinə baxıb.

Dövlətimizin başçısı pambıqçılarla görüşdü, onlarla söhbət edib.

 

 

 

 


Digər xəbərlər:
Şərhlər
avatar