İlham Əliyev İndoneziyaya səfər edəcək
03.01.2017 1372 0

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev 2017-ci ildə İndoneziyaya səfər edəcək.
Bildirək ki, bu haqda İndoneziyanın Azərbaycandakı səfiri Husnan Fanani ötən gün evində keçirilən Yeni il tədbirində məlumat verib.
“İnanırıq ki, bundan sonra İndoneziya prezidentinin də Azərbaycana səfəri olacaq və əlaqələrimiz daha da genişlənəcək”, - səfir bildirib.
Qeyd edək ki, bu gün millət vəkili Qənirə Paşayeva İndoneziyanın Azərbaycandakı səfiri Husnan Fananinin xanımı ilə birgə İndoneziya mətbəxini qonaqlara təqdim ediblər./axar.az/
Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər