İlham Əliyev Əhməd Davudoğlunu təbrik edib
08.06.2015 684 0.0 0
 
Qazeta.info bildirir ki, Azərbaycan Prezidenti İlham Əliyev Türkiyə Respublikasının Baş naziri  Əhməd Davudoğluna  təbrik məktubu ünvanlayıb.Məktubda deyilir:
 

Hörmətli cənab Baş nazir,

Başçılıq etdiyiniz Ədalət və İnkişaf Partiyasının Türkiyə Böyük Millət Məclisinə seçkilərdə qazandığı qələbə münasibətilə Sizi ürəkdən təbrik edirəm.

Partiyanızın bu seçkilərdə topladığı səslər Türkiyə cəmiyyəti tərəfindən Ədalət və İnkişaf Partiyasının həyata keçirdiyi siyasətə inam və dəstəyin bariz ifadəsidir.

Qardaş Türkiyə xalqının rifahı naminə fəaliyyətinizdə Sizə, Ədalət və İnkişaf Partiyasının bütün üzvlərinə uğurlar diləyirəm.

Hörmətlə, 

İlham Əliyev
Azərbaycan Respublikasının Prezidenti


Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər
avatar