İlham Əliyev: «Avropada heç vaxt qitə oyunları keçirilməmişdir»
12.06.2015 520 0.0 0

Bu gün Dövlət başçısı İlham Əliyev Heydər Əliyev Mərkəzində təşkil olunana rəsmi qəbulda çıxış edib.Qazeta.info bildirir ki, əvvəlcə rəsmi qəbulda birinci Avropa Oyunlarına dair qısa videoçarx nümayiş etdirilib.


Rəsmi qəbulda çıxış edən ölkə başçısı, ilk olarasq mərasim iştirakçılarını səmimi qəlbdən salamlamlayıb. Xaricdən gələn bütün qonaqlara “Azərbaycana xoş gəlmisiniz” deyirəm.

Bakıda birinci Avropa Oyunları başlamasına saatlar qaldığını xatırladan ölkə başçısı . Bu hadisə münasibətilə ilk növbədə bütün Azərbaycan xalqını, bütün Avropa xalqlarını təbrik edib. O,  bu idman yarışının dostluq, mehribanlıq bayramına çevriləcəyinə əmin olduğunu bildirib.

Daha sonra bu tədbirin, ölkəmiz üçün tarixi hadisə olduğunu qeyd edən dövlət başçısı,bu günə qədər ölkəmizdə bu miqyasda idman yarışları keçirilmədiyini qeyd edərək" Eyni zamanda, bu, Avropa üçün də tarixi hadisədir. Çünki başqa qitələrdən fərqli olaraq, Avropada heç vaxt qitə oyunları keçirilməmişdir. Baxmayaraq ki, olimpizm hərəkatının və olimpizm ideyalarının vətəni Avropadır. Bu tarixi qərar 2012-ci ilin dekabrında qəbul edilib. Bu qərarın qəbul edilməsinə görə Avropa Olimpiya Komitəsinə və şəxsən onun prezidenti cənab Patrik Hikkiyə dərin minnətdarlığımı bildirmək istəyirəm. Bu qərar gələcəkdə Avropa idmanının inkişafında müsbət rolunu oynayacaq" deyə bildirib.

 

 

Azərbaycanda idmanın inkişafına çox böyük diqqət göstərildiyini qeyd edən prezident, idmanın, Olimpiya hərəkatının inkişafı Azərbaycanda dövlət siyasəti olduğunu bildirib.

"İdmançılarımız da bizi böyük uğurlarla, qələbələrlə sevindirirlər. Deyə bilərəm ki, son Yay Olimpiya Oyunlarında Azərbaycan idmançıları komanda hesabında 30-cu, Avropa ölkələri arasında isə 15-ci yerə layiq görülmüşlər.

Gənc idmançılarımız da bizi sevindirir. 2014-cü ildə keçirilmiş Yeniyetmələrin Yay Olimpiya Oyunlarında Azərbaycan komandası 200-dən çox iştirakçı arasında 10-cu yerə layiq görülmüşdür. Bu, onu göstərir ki, gözəl gənc nəsil yetişir və idmanın ənənələri möhkəmlənir. Əlbəttə ki, bu, ölkəmizin inkişafına müsbət təsir göstərir.

İdman ictimaiyyəti həyatımızın ayrılmaz hissəsidir. Təsadüfi deyil ki, birinci Avropa Oyunları Bakıda keçirilir. Hesab edirəm ki, burada idmançılarımızın uğurları ilə yanaşı, digər amillər də öz rolunu oynamışdır. Azərbaycanda çox inkişaf etmiş idman infrastrukturu yaradılmışdır. Bizim bölgələrimizdə 50-yə yaxın olimpiya idman mərkəzi yaradılmışdır. Bakıda isə bütün idman qurğuları, idman obyektləri ən yüksək standartlara cavab verir. Oyunların iştirakçıları və qonaqlar özləri bunu təsdiq edəcəklər." deyə qeyd edib.

 Oyunlara ictimaiyyət tərəfindən verilən yüksək dəstəyi diqqətə çatdıran İlaham Əliyev, Azərbaycan xalqı birinci Avropa Oyunlarının Bakıda keçirilməsini ürəkdən alqışladığını bildirib.

Bunun, son iki il ərzində bir növ ümumxalq məsələsinə çevrildiyini bildirən prezident," Oyunların məşəlini bütün bölgələrdə, o cümlədən Bakıda qarşılamaq üçün iki milyona yaxın insan küçələrə, meydanlara çıxmışdır ki, məşəli salamlasın və Oyunlara öz güclü ictimai dəstəyini versin.

Oyunlar bu gün başlayır. Bu günlər ərzində - iyunun 28-dək idmançılar öz güclərini göstərəcəklər. Oyunlardan sonra əlbəttə ki, həyat davam edəcək. Azərbaycan digər böyük mötəbər idman yarışlarına ev sahibliyi edəcəkdir. 2016-cı ildə Bakıda Ümumdünya Şahmat Olimpiadası keçiriləcəkdir. Eyni zamanda, 2016-cı ildə “Formula-1” yarışı Bakıda keçiriləcəkdir. 2017-ci ildə İslam Həmrəylik Oyunları Azərbaycanda, Bakıda keçiriləcəkdir. 2020-ci ildə isə futbol üzrə Avropa çempionatının qrup mərhələsi və dörddəbir final yarışları Bakıda keçiriləcəkdir. Yəni, Azərbaycan artıq idmanın inkişafı istiqamətində öz rolunu dünyaya göstərib. Əminəm ki, Bakıya gələn və gələcək yarışlarda iştirak edəcək idmançılar, qonaqlar ölkəmizdən ən xoş təəssüratlarla ayrılacaqlar." deyə bildirib.

Daha sonra Prezident , "Oyunlar başlayır. Bütün komandalar hazırdır. Azərbaycan xalqı Oyunların başlamasını səbirsizliklə gözləyir. Bizim üçün bu tarixi bir gündə bütün idmançılara, bütün qonaqlara bir daha “Xoş gəlmisiniz” deyirəm, idmançılara uğurlar arzulayıram. Qoy güclü qalib gəlsin. Sağ olun." deyə çıxışına yekun vurub.

 

Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər
avatar