İlham Əilyev korrupsiyadan danışdı (VİDEO)
04.11.2015 522 0.0 0

Prezident İlham Əliyev şimal-qərb bölgəsində səfərdədir. Ölkə başçısı bu regionda bir sıra yeni tikililərin və yenidən qurma-bərpa işlərindən sonra istifadəyə verilən obyektlərin açılışını edib. 

Şəki şəhərində çıxışı zamanı prezident korrupsiya məsələlərinə də toxunub və heç kəsin bundan sığortalanmadığını söyləyib.

ANS TV-nin məlumatına görə, Zaqatala-Danaçı-Aşağı Çardaxlar avtomobil yolunun əsaslı yenidənqurmadan sonra açılışı olub. Yolun əhəmiyyətini artıran əsas amil onun 12 yaşayış məntəqəsini birləşdirməsidir. Bu isə 15,6 min insanın rahatlığını təmin edəcək. 

Zaqatalanın tarixi mərkəzi bərpa edilib, ərazidəki binaların böyük əksəriyyəti XIX əsrdə inşa edilib. 

Zaqatalada Heydər Əliyev Fondunun təşəbbüsü ilə inşa edilmiş “Qızılgül” körpələr evi-uşaq bağçasının açılışı olub. 

Dövlət başçısı Heydər Əliyev mərkəzinin açlışını edib, burada rayon ictimaiyyətinin nümayəndələri ilə görüşüb. Prezident İlham Əliyev Şəki Məhkəmə Kompleksinin yeni inzibati binasının açılış mərasimində iştirak edib.

Şəki Məhkəmə Kompleksi Dünya Bankı ilə birgə həyata keçirilən layihə çərçivəsində inşa olunmuş ikinci məhkəmə kompleksidir. Kompleksdə Şəki Apelyasiya Məhkəməsi, Şəki İnzibati-İqtisadi Məhkəməsi, Şəki Ağır Cinayətlər Məhkəməsi və Şəki Rayon Məhkəməsi yerləşir. 

Kompleks təxminən 1 milyon 370 min əhaliyə xidmət göstərəcək. Burada 250 nəfər, o cümlədən 42 hakim, 170-dən çox məhkəmə aparatı əməkdaşı və 35 ədliyyə işçisi çalışacaq. 

Prezident İlham Əliyev kompleksdə məhkəmə və ədliyyə orqanlarının əməkdaşları ilə görüşüb. Çıxışında dövlət başçısı korpsiya qarşı mübarizənin bundan sonra davam edəcəyini, heç kimin sığortalanmadığın söləyib. Dövlət başçısı ölkədə parlament seçkilərinin azad demokrativ əsaslarla keçdiyini deyib.

Daha sonra Heydər Əliyev Fondunun təşəbbüsü ilə Şəkidə inşa olunmuş 160 yerlik körpələr evi-uşaq bağçasının açılışı oulub. 

Dövlət başçısı Şəkiyə səfəri çərçivəsində 840 şagird yerlik Qoxmuq kənd tam orta məktəbinin yeni binasının istifadəyə verilməsi mərasimində iştirak edib. 108 müəllimin çalışdığı məktəbdə 42 sinif otağı yaradılıb, müasir standartlara cavab verən və əyani vasitələrlə təchiz olunan fənn laboratoriyaları qurulub.

Dövlət başçısı Şəkidə “Marxal” sanatoriya-istirahət kompleksində tikinti işlərinin gedişi ilə tanış olub. Ərazisi 30 hektar olan kompleksdə 412 yerdən ibarət 178 otaqlı yeddimərtəbəli mehmanxana binası inşa olunur. 

Diqqətə çatdırıldı ki, kompleksdə 250 nəfərlik restoran, lobbi bar, 6 ticarət mağazası, 2 kinoteatr zalı, konfrans, uşaqlar üçün əyləncə zalları qonaqların ixtiyarında olacaq. Ərazidə 600 nəfərlik restoran, 40 nəfərlik yay kafesi, həmçinin 164 yerlik 27 ikimərtəbəli kottec də olacaq. 

Prezident İlham Əliyev hazır kotteclərdə yaradılan şəraitlə də tanış olub. /anspress/

 


Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər
avatar