İki direktor vəzifəsindən azad olundu, üç direktora töhmət verilib
18.03.2016 575 0.0 0

 Bakı Şəhər Mədəniyyət və Turizm İdarəsinin tabeliyində olan mədəniyyət müəssisələrində əmək fəaliyyətinin iş prinsiplərinə uyğun səmərəli qurulması, nizam-intizam qaydalarına riayət edilməsi məqsədi ilə bağlı yoxlamalar aparılır.
 
İdarədən verilən məlumata görə, yoxlama və araşdırmaların nəticələrini əsas tutaraq Kürdəxanı qəsəbə mədəniyyət evinin direktoru Aygün Məmmədovaya yazılı xəbərdarlıq, Bibiheybət qəsəbə mədəniyyət evinin direktoru Günel Bəxtiyarovaya və Binəqədi mərkəzi mədəniyyət evinin direktoru Zivər Abbasovaya töhmət verilib.
 
Həmçinin, Əmircan qəsəbə Mədəniyyət evinin direktoru Afaq Bayramova və H.Abbasov adına Mədəniyyət evinin direktoru Kamal Qədimov  tutduqları vəzifədən azad olunublar./apa/


Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər
avatar