İki avtomobil toqquşub, bir nəfər ölüb
24.10.2016 464 0.0 0

Gədəbəy rayonunun Slavyanka kəndində ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib. Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən APA-ya verilən məlumata görə, oktyabrın 23-də saat 20 radələrində Gədəbəy rayonunun Slavyanka kəndində Gəncə şəhər sakini İlham Quliyevin idarə etdiyi “Mitsubishi” və Şəmkir rayon sakini Vüqar Əzizovun idarə etdiyi “VAZ-21214” markalı avtomobillər toqquşub.

 

Nəticədə V. Əzizovun sərnişini, Şəmkir rayon sakini Əli Əzizov hadisə yerində ölüb, özü isə xəstəxanaya yerləşdirilib.

 

Gədəbəy RPŞ tərəfindən araşdırma aparılır.


Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər
avatar