I Daraya aid ŞOK TAPINTI - FOTO
15.08.2016 666 0.0 0

Krasnodar diyarının Temrük rayonunda qədim yunan şəhəri - Fanaqoriyada arxeoloqlar fars çarı I Daraya aid yazılmış mərmər stel fraqmenti aşkar edib.

 

Rusiya mətbuatına istinadən xəbər verilir ki, qədim yazı İran padşahı adından yazılıb və təxminən e.ə. V əsrin birinci yarısına aiddir. 

 

"Fanaqoriya” tarixi-arxeoloji və qoruq-muzeyinin direktoru Vladimir Kuznetsovun sözlərinə görə, "Qara dəniz sahillərində Dara adından stel tapılması eksklüzivdir. Tapıntı özü isə tarixi kontekstdən böyük əhəmiyyətə malikdir".

 

I Dara e.ə. 522-486-cı illərdə Əhəmənilər dövlətinin hökmdarı olub.  O, hazırki müasir İran, Pakistan, Əfqanıstan, Tacikistan, Özbəkistan, Ermənistan, Türkiyə ərazilərini idarə edib./publika.az/


Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər
avatar