İcra hakimiyyətinin avtomobili qəzaya uğrayıb
14.02.2016 603 0.0 0

Yaralıların vəziyyəti orta-ağırdır 
 

Gəncədə ağır yol qəzası baş verib.Qazeta.info Lent.az-a istinadla xəbər verir ki, Gəncə Şəhər Təcili Tibbi Yardım Xəstəxanasından anspress-ə verilən məlumata görə, hadisə şəhərin Ozan küçəsində qeydə alınıb.

Şəhər sakini 1992-ci il təvəllüdlü Əziz Həsənovun idarə etdiyi "QAZel" markalı avtomobil sürücüsü müəyyən edilməyən avtomobillə toqquşub. Hadisə zamanı 24 yaşlı sürücü Əziz Həsənov və avtomobildə olan sərnişinlər 49 yaşlı Surxay Bayramov və 31 yaşlı Vüsal Pirani müxtəlif bədən xəsarətləri ilə Gəncə şəhər xəstəxanasına çatdırılıblar.

Xəstəxanadan hər üç yaralının vəziyyətinin orta ağır olduğunu, müalicələrinin davam etdirildiyini bildirdilər.

Xəstaxanadan verilən məlumata görə, qəzaya uğrayan avtomobil Gəncə Şəhər İcra Hakimiyyətinə məxsus olub və fəhlələrin də icra hakimiyyətinin işçiləri olduğu bildirilir.

Faktla bağlı Gəncə Şəhər Baş Polis İdarəsində araşdırma aparılır.


Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər
avatar