İclasda olmayan deputatların mandatı ləğv ediləcək
05.10.2015 577 0.0 0

Ukraynada Ali Radanın iclasında iştirak etməyən deputatların mandatı ləğv edilə bilər.

Məlumata görə, deputat iclasda 3 dəfə iştirak etmədiyi halda mandatının ləğv edilməsi nəzərdə tutulur. Bu haqda elektron petisiya (kollektiv müraciət) hazırlanaraq imzalanmaq üçün təqdim edilib və artıq 25 min imza toplanıb. Bununla belə növbəti 56 gün ərzində də imza toplanması davam edəcək.

Bu isə o deməkdir ki, indi bu petisiyaya Ukrayna prezidenti Petro Poroşenko baxmalıdır. "Bütün deputatları xalq seçib. Onlar da hər gün qanunun yaradılması və qorunması üçün işləməlidirlər. Plenar iclaslarda iştirak etməməyə görə deputatlar ən sərt formada cəzalandırılmalıdırlar! Əgər hər kəs öz yerində oturarsa, heç bir "düyməbasma"ya da ehtiyac qalmayacaq", - deyə Ukrayna prezidenti xəbərdarlıq edib.

 

Petro Poroşenko - Ukrayna prezidenti


Qeyd edək ki, bu haqda təklifi ilk dəfə Ukraynanın UDAR demokratik alyansı irəli sürüb. Ukrayna Ali Radasına təqdim edilən layihədə üzrlü səbəb olmadan 5 dəfə rada iclaslarında iştirak etməyən deputatların mandatdan məhrum olunması təklif edilib. 

Onlar Ukrayna əmək məcəlləsini misal göstərərək qeyd ediblər ki, şirkət 3 dəfə işə gəlməyən işçini qova bilər. Ali Radada isə elə deputatlar var ki, bir çağırış mövsümündə sessiya zalında 1-2 dəfə görünüblər.

Ukrayna ilə yanaşı qonşu Gürcüstanda da parlament iclaslarından yayınan deputatları cəzalandırmaq üçün təklif irəli sürülüb. Belə ki, deputatlar üzrsüz səbəbdən iştirak etmədikləri hər iclasa görə əmək haqqının 10 faizini itirəcəklər. 

Onların iclaslarda iştirak etməmələri yalnız qanuni ezamiyyət və ya xəstəliklə əlaqədar olduqda üzrlü sayılacaq. Xəstəlik səbəbindən iclasa gəlməyən deputat, bununla əlaqədar parlament rəhbərliyinə müvafiq sənəd təqdim etməlidir.

 


Gürcüstanda parlament iclası./anspress/


Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər
avatar