İbrahim Tatlısəs səssizliyini pozdu
06.09.2015 886 0.0 0

Türkiyənin tanınmış müğənnisi İbrahim Tatlısəs son günlər yaşanan hadisələrlə bağlı səssizliyini pozaraq "uşaqlara sahib çıxmaq lazımdır" deyib.

Məlumata görə, öz uşaqlarını nümunə göstərən Tatlısəs "hər şey uşaqlarımız üçün" açıqlamasını verərək, sosial media hesabından şəkil paylaşıb.

Müğənni "uşaqlarımız olmasa yaşamağın nə mənası var" deyib. "Yemək, içmək, yatmaq, onları eşitmək, başa düşmək, onlarla mehribanlıq içində yaşamaq daha yaxşıdır. Öz uşaqlarımdan heç birinə bir sillə belə vurmamışam. Allahım da mənə vurmaz, İnşallah... Əllbəttə, hərdən hirsləndiyim, əsəbiləşdiyim hallar da olur. Amma həddindən də çox əsəbiləşmərəm, inşallah", - deyə İbrahim Tatlısəs bildirib.

 

İbrahim Tatlısəs və Elif Ada

 

İbrahim Tatlısəs və oğlu İdo Tatlısəs./anspress/


Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər
avatar