İbrahim Tatlısəs kiminlə evlənəcəyini açıqlayıb- VİDEO
12.01.2018 1208 0.0 0

Seda Sayanın verilişində qonaq olan İbrahim Tatlısəs evlənmək istədiyini bildirib.

 

Qazeta.info Olke.az-a istinadla xəbər verir ki, Tatlısəs 2013-cü ildə boşandığı keçmiş həyat yoldaşı Ayşegül Yıldız ilə yenidən evlənmək istəyir.

Tatlısəs Sayanın "Seda Sayanla" verilişində özəl açıqlamalar verib və canlı yayımda Ayşegülə evlilik təklifi edib.

Türk musiqisinin imperatoru deyib:

"Mən artıq izmirliyəm. İzmiri sevdim. Trilyon dollar versələr də, İstanbula qayıtmaram. Küsmüşəm, məni küsdürüblər. Məni vurdular, məni vurana qarğış etmədim. Deməli, Yaradan mənə belə cəza verdi. Şikayət etmirəm. Allahdan ümidimi kəsmirəm. Mahnı oxumaq üçün darıxıram. Səsim paslanıb. Mahnı oxuya bilmək üçün Allaha dua edirəm. Evlənmək barədə düşünürəm. Elifin anası Ayşegülə evlilik təklifim olacaq. Ayşegülə aşiq deyiləm amma evlənmək istəyirəm. Bu təklifi ona ilk dəfə televiziya ekranından edirəm".

İbrahim uzun müddət görüşdüyü Ayşegül Yıldız ilə 2011-ci ildə evlənib. Cütlük 2013-cü ildə boşanıb.

 


Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər
avatar