İblis ittihamına Obamadan qəribə jest – Video
13.10.2016 523 0.0 0

Barak Obama respublikaçı namizəd Donald Trampı dəstəkləyən “İnfoVars” saytının qurucusu Aleks Conesin iddialarına cavab verib.

 

Məlumata görə, Obama “Bizim kükürd kimi qoxuduğumuzu söyləyib” deyə, radio proqramında onun və Klintonun iblis olduğunu iddia edən Conesin sözlərini xatırladıb. O, daha sonra özünün iblis olmadığını yoxlamaq üçün qolunu iyləyib.

 

Obama qeyd edib ki, əgər insanlar belə şeylərə inansalar, heç vaxt onları dəstəkləyən liderə sahib olmayacaqlar.

Qeyd edək ki, Cones radio proqramında “Hillarinin ətrafındakı insanlar mənə onun içinə şeytan giribmiş kimi qoxuduğunu deyib. Nə qədər pis qoxu gəldiyini düşünün. Mənə onun və Obamanın çox pis qoxuduğunu deyiblər. İblisi yuyaraq çıxara bilməzsiniz”, - deyə Obama və Klintonu iblisə bənzədib. /axar.az/

 


Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər
avatar