Hüquq müdafiəçisinin anası kömək istəyir
17.03.2015 762 0.0 0

Həbsdə olan hüquq müdafiəçisi Taleh Xasməmmədovun  anası, Xasməmmədova Gülbuta Fərman qızı ( Ünvanı: Göyçay rayonu R.Rza küçəsi dalan 4  ev 1 ) saytımıza müraciət edərək ölkə rəhbərliyibdən kömək istəyir.

 
 

Hüquq müdafiəçisi Taleh Xasməmmədovun anası, Xasməmmədova Gülbuta Fərman qızı müraciətində bildirir ki, "Bu gün İnsan Hüquqları üzrə İşçi Qrupunun iclasıdır.Buna görə də mən də bir ağ birçək ana kimi İşçi Qrupuna, Prezident İlham Əliyevə mətbuat vasitəsi ilə müraciət etmək istəyirəm. 24.02.2015-ci il tarixdə şərlənərək həbs edilmiş oğlum hüquq müdafiəçisi Taleh Xasməmmədovun səhəti çox pisdir, onun qanında zəhərlənmə var.Bu barədə müayinə edən İranlı həkimlər bildiriblər.Mən həkim diaqnoz sənədlərinin surətini İşçi Qrupunun hər bir üzvünə ərizəmlə birlikdə göndərib Talehin ev dustaqlığına buraxılmasına köməklik göstərmələrini xahiş etmişəm. Bir neçə nəfər üzvlərlə telefon əlaqəsi saxlamışam.Ümüdümüz bir olan Allaha, Prezident cənab İlham Əliyevə və  İşçi Qrupunadır. Ağ birçək ana kimi Prezident cənab İlham Əliyevdən və İşçi Qrupundan xahiş edirəm  ağır, ciddi xəstə olan oğlum Taleh Xasməmmədovun ev dustaqlığına buraxılmasına köməklik edin. Xəstə Talehə, ağbirçək anaya və 2 az yaşlı övladlarına rəhm edin.  "                                                                                                                                             Əlavə olaraq qeyd edək ki, müraciətdə Taleh Xasməmmədovun                Zahir  adlı şəxs tərəfindən şərləndiyi və həmin  Zahir adlı şəxsin polisin çoxlu sayda cinayət işində şahid və zərərçəkən kimi iştirak etdiyi bildirilib. 

Xatırladaq ki, Taleh Xasməmmədov barəsində AR.CM-nin 221.2.1 və 221.2.2-ci maddələri ilə cinayət işi başlanılıb.Həbs qəti imkan qərarından verilən apellyasiya şikayətinin təmin edilməməsinə dair Şəki Apellyasiya Məhkəməsi 06 mart 2015-ci iltarixdə qərar çıxarıb.Taleh Xasməmmədov hazırda 2-saylı İstintaq Təcridxanasında saxlanılır.  

Yazıda ittiham olunan tərəfləri də dinləməyə hazırıq.

 

Xatırladaq ki, Fotoda əks olunanalar Taleh Xasməmmədovun övladları və Anası Xasməmmədova Gülbuta Fərman qızıdır.


Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər
avatar