Hormonların Qaydaya Düşməsi Üçün Bu Ərzaqlardan Istifadə Edin – Siayhı
28.10.2019 599 0.0 0

Yəqin ki, heç kim parlaq dəridən, saat kimi işləyən reproduktiv sistemdən və ideal hormonal balansdan imtina etməz. Bəs bilirsinizmi ki, qida rasionuna müəyyən ərzaqların daxil edilməsi sizi bu problemlərdən qurtara və hormonal balansınız bərpa edə bilər?

Horminlar insanın əhvalını, həzm prosesini, libidosunu, metobolizmini qaydaya salır. Hər hansı bir hormonun səviyyəsi normada olmadıqda insan özünü halsız, yorğun hiss edir, xəstəliklərə tez yoluxur.

Sizə təqdim edilən siyahı ilə hormonal balansınızı normada saxlaya biləcəksiniz.

Rasionunuza mütləq təmiz zülal, hormonal balansı qaydaya salan sağlam yağ, antioksidantlarla zəngin tərəvəzlər və ədviyyatlar daxil edin. Onlar sizin həyat enerjinizi artıracaq.

1. Təmiz zülal: Bu qrup ərzaqlara isladılmış və ya cücərmiş qoz, bütün paxlalı bitkilər, orqanik yetişdirilmiş yumurta, toyuq, hind toyuğu, mal əti, okean balığları daxildir.

2. Sağlam yağlar: Kakos yağının tərkibində laurin turşusu mövcuddur ki, bu turşu dəri üçün də çox faydalıdır. Bundan əlavə o, orqanizmdə olan zərərli bakteriyaları öldürür, metabolizmi sürətləndirərək orqnizmi enerji ilə təmin edir.  

Avakado – bu meyvə qida maddələrinin orqanzim tərəfindən mənimsənilməsini təmin edəcək faydalı yağlarla zəngindir. Həmçinin də onun tərkibində lif, kalium, maqnezium, E vitamin, B qrupu vitaminləri və fol turşusu var. Bu maddələr hormonal fonun normaya düşməsini təmin edir. Kərə yağı –  Kərə yağının tərkibində A.D,E və K2 vitamini var. Bu maddələr bir “inşaat materialı” olaraq hormonların sintezində əhəmiyyətli rol oynayır. Həmçinin də kərə yağı immun funksiyasının da ayaqda saxlayır. Yumurta sarısı – Onun tərkibində bir çox vitaminlər,  mikroelementlər, dəmir, fosfor, kalium mövcuddur. Bu maddələr reproduktiv və hormonal sistemə və dərinin sağlamlıına nəzarət edir.

Gərzəkli və dəli bitkilər – cücərmiş qoz, dənli bitkilər, zeytun, zeytun yağı, kətan yağı da hormonal sistemə müsbət təsir göstərir.

3. Antioksidantlarla zəngin tərəvəzlər.

Bu tərəvəzlərin siyahısına yaşıl rəngli bütün tərəvəzlər daxildir. Onlara qulancar, brokkoli, yaşıl kələm, xiyar, keşniş və s. misal çəkmək olar. Bunlardan əlavə qırmızı, sarı, narıncı və bənövşəyi rəngli tərəvləri də aid etmək olar.

4. Ədviyyatlar. Ədviyyatların böyük bir qismi hormonal balansı tarazlayaraq normal hormonal fon yaratmağa yardımçı olur. Əsaən də sarıkök, qırmızı istiot, razyana, zəncəfil kimi acı, kəskin dada malik ədviyyatlar daha faydalı hesab edilir./1arada.az/


Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər
avatar