Hökumət 97 ailəni Bayıl sürüşmə zonasından köçürmək istəyir
04.04.2018 778 0.0 0

"Bayıl sürüşmə zonasından köçürülməli olan 97 ailəyə birdəfəlik kompensasiya verilməsi məsələsi üzərində çalışırıq. Amma bu, asan məsələ deyil'.

 

Məlumata görə, bunu baş nazirin müavini Abid Şərifov bildirib.

 

A. Şərifov deyib ki, 97 evin köçürülməsini istəyirlər.

"Vəsait məsələsinin həllinə çalışırıq", - deyə baş nazirin müavini qeyd edib.

 

Qeyd edək ki, bir müddət əvvəl Bayılda sürüşmənin aktivləşməsi nəticəsində ərazidəki 6 evə ziyan dəyib, 90-dan çox evin sakini ərazidən köçürülüb. Sürüşmə zamanı tam dağılmış fərdi yaşayış evlərinin sahiblərinə veriləcək birdəfəlik kompensasiyanın məbləği müəyyən edilərək Nazirlər Kabinetinə təqdim olunub.

Köçürülən ailələrə 11 aylıq kirayə haqqı verilir./apa/


Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər
avatar