Hindistanda anomal istidən ölənlərin sayı artmaqda davam edir
27.05.2015 705 0.0 0
Son məlumata görə, Hindistanın cənubunda hökm sürən anomal isti hava 1118 nəfərin ölümünə səbəb olub.

 

“RİA Novosti”yə istinadən verdiyi xəbərə görə, bu barədə Hindistanın Meteoroloji Departamentinin məlumatında bildirilir.

 

Məlumata görə, anomal isti hava səbəbindən ən çox ölüm halları Andxra Pradeş ştatında  qeydə alınıb – 852 nəfər.  Telanqana ştatında isə  266 nəfər istilərin qurbanı olub. Andxra Pradeş ştatında  44,8  dərəcə isti qeydə alınıb. Telanqana ştatında isə temperatur rekordu 46,8 dərəcə təşkil edib.  

 

Sinoptiklər anomal istilərin  2 gün davam edəcəyini proqnozlaşdırıblar. /apa/


Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər
avatar