Heydər Əliyevin maşını satışda (FOTO)
26.08.2015 681 0.0 0

Rusiyanın Krasnoyarskda şəhərində QAZ-12 "ZİM" markalı avtomobil internet vasitəsi ilə 1,4 milyona rubl (təxminən 21 min manat) qiymətinə satışa çıxarılıb.

Məlumata görə, Rusiya mətbuatında yayılan xəbərdə iddia olunur ki, avtomobil Azərbaycan prezidenti Heydər Əliyevə məxsus olub.

Elan avqustun 24-də 24auto.ru saytında yerləşdirilib.

Satan şəxs bildirib ki, avtomobil 1951-ci ilin buraxılışıdır və həmin avtomobil Azərbaycandan İlham Əliyevin qarajından gətirilib.

Avtomobil təmirdən sonra avtomat pəncərə qaldıranlarla, kompyuter, televizor və siqnalizasiya ilə təchiz edilib. Avtomobilin qiyməti rus pulu ilə 1 410 000 rubl təşkil edir./anspress/

 

 

 

 

 

 

 


Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər
avatar