Hava məlumatı-26 avqust
25.08.2015 531 0.0 0

Qazeta.info Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin məlumatına əsasən bildirirki,

Bakı və Abşeron yarımadasında,

Avqustun 26-da buludlu hava şəraitinin üstünlük təşkil edəcəyi, arabir yağış yağacağı gözlənilir. Mülayim şimal küləyi əsəcək, gündüz arabir güclənəcək. 
Havanın temperaturu Abşeron yarımadasında gecə 19-22, gündüz 23-26, Bakıda gecə 19-21, gündüz 23-25 dərəcə isti olacaq.
Atmosfer təzyiqi norma daxilində 760 mm civə sütunu, nisbi rütubət 80-90 faiz təşkil edəcək. 
Abşeron çimərliklərində dəniz suyunun temperaturu: Sumqayıt, Novxanı, Pirşağı, Nardaran, Bilgəhdə 22-23, Zaqulba, Buzovna, Mərdəkan, Şüvəlanda 23-24, Türkan, Hövsan, Şıx, Sahildə 24-25 dərəcə isti olacaq. 
Azərbaycanın rayonlarında
Avqustun 26-da
şimşək çaxacağı, arabir yağış yağacağı gözlənilir. Ayrı-ayrı yerlərdə leysan xarakterli olacağı ehtimalı var. Şərq küləyi əsəcək, ayrı-ayrı yerlərdə arabir güclənəcək.
Havanın temperaturu gecə 17-22, gündüz 22-27, dağlarda gecə 6-11, gündüz 12-17 dərəcə isti olacaq. 
Tibbi-meteoroloji proqnoz
Avqustun 26-28-də Abşeron yarımadasında komfort hava şəraiti gözlənilir ki, bu da meteohəssas insanlar üçün əlverişlidir.    


Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər
avatar