Hava məlumatı 23 Fevral
22.02.2015 820 0.0 0

Fevralın 23-dən başlayaraq Azərbaycan ərazisində, o cümlədən paytaxt Bakıda hava şəraiti mülayimləşəcək. Məlumata görə, bu barədə Trend-ə Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin Hidrometeoroloji Proqnozlar Bürosundan məlumat verilib.

Fevralın 23-də Bakıda və Abşeron yarımadasında hava şəraiti dəyişkən buludlu olacağı, arabir tutulacağı gözlənilir. Gün ərzində hava əsasən yağmursuz keçəcək. Bəzi yerlərdə zəif duman olacaq. Mülayim şimal küləyi əsəcək.

Bakıda və Abşeron yarımadasında havanın temperaturue fevralın 23-nə keçən gecə 3-5 dərəcə şaxta, gündüz 3-6 dərəcə isti olacaq. Gecə yollar buz bağlayacaq.

Azərbaycanın rayonlarında gecə və səhər bəzi yerlərdə yağıntılı olacaq, sulu qar və qar yağacaq. Gün ərzində əsasən yağmursuz olacaq. Ayrı-ayrı yerlərdə duman olacaq, mülayim şərq küləyi əsəcək.

Aran rayonlarında gecə 0-4 dərəcə şaxta, gündüz 3-7 dərəcə isti, dağlarda gecə 9-14, yüksək dağlıq ərazilərdə 18-23 dərəcə şaxta, gündüz 0-5 dərəcə şaxta proqnozlaşdırılır. Yollar buz bağlayacaq.

Məlumata görə, sabahdan ölkə üzrə temperaturlar yüksəlməyə başlayacaq.

Qeyd edək ki, Azərbaycan sinoptikləri fevralın 20-dən Azərbaycanda qeyri-sabit, soyuq hava şəraitinin hökm sürəcəyi barədə xəbərdarlıq etmişdi. Hazırda Bakıda qarlı, çovğunlu hava şəraiti hökm sürür./anspress/


Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər
avatar